Narkotik paketinə görə boğulan şəxsi polis xilas etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşı hüquq mühafizəçilərdən gizlətmək üçün narkotik paketini udan şəxsi boğulmaqdan xilas edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Ohayo ştatında qeydə alınıb.
Bildirilir ki, hüquq mühafizəçi sürət həddini aşan və təhlükəsizlik kəməri taxmayan sürücü Stefan Elaşi yolda saxlayıb. Lakin sənədləri yoxlayarkən maşın sürən şəxsin nəfəs almaqda çətinlik çəkdiyini görüb. Polis zabiti dərhal onu maşından çıxardaraq kürəyindən bir neçə dəfə vurub. Bunun kömək etmədiyini gördükdə isə, onu qaldırıb sinəsini sıxdı. Nəhayət sürücü boğazında qalan yad cismi tüpürə bilib.
O, polisə marixuana torbasını udduğunu etiraf edib. Hadisə yerinə çağırılan həkimlər onda hər şeyin qaydasında olduğunu bildiriblər.
Bu hadisə ona eyni vaxtda üç cəriməyə başa gəldi - sürət həddini aşdığına, kəmərə və narkotik saxladığına görə.
Oxşar xəbərlər
Pərvin Abıyeva bu səbəbdən səhifəsində yarış keçirmir
Aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabındakı açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "Instagram" hesabında izləyicilərin suallarını cavablandır...