Narkotacilərin mədəsindən 1 kiloqram 850 qram narkotik çıxdı

Narkotacilərin mədəsindən 1 kiloqram 850 qram narkotik çıxdı
Siyasət 41

Türkiyədə narkotacirlərin mədəsindən 1 kiloqram 850 qram narkotik tapılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kırşehir Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi, Y.S. və H.S adlı xarici vətəndaşların qaçaqmalçılıq yolu ilə Türkiyəyə narkotik gətirməsini xəbərini alıb.

Daha sonra həmin ərazi üzrə hərəkət edən bütün nəqliyyat vasitələrində yoxlanış - axtarış tədbirləri həyata keçirilib.

Avtobsulardan birində iki şübhəli şəxs müəyyən edilib.

Saxlanılan xarici vətəndaşlar xəstəxanaya aparılıb. Onların mədəsindən 126 ədəd sİrop formasında 1 kiloqram 300 qram heroin və 44 sirop formasında 550 qram tiryək aşkarlanıb.

Y.S. və H.S. xəstəxanadan sonra həbsaxanaya göndəriliblər.

Son xəbərlər