Namusunu bir telefona satan Simanın dəhşətli həyatı: "Müdiriyyət tərəfindən zorlandım" - VİDEO

Namusunu bir telefona satan Simanın dəhşətli həyatı: Müdiriyyət tərəfindən zorlandım - VİDEO
Video
Siyasət 4358

Simanın 35 yaşı var. Atasını vaxtsız itirən Sima anası ilə acınacaqlı vəziyyətə düşür. O, nəinki yeməyə, hətta xəstə anasının dərmanlarını almağa pul tapmır.

Bunu Simaya yaxın olan hər kəs bilirdi, hətta anasının həkimi də. Günlərin birində o, həkimə anasının dərmanlarını ala bilmədiyini deyəndə həkim ona xoşagəlməz təkliflə müraciət edir. Lakin Sima bu təklifə etiraz edir. Bir müddətdən sonra Sima maddi ehtiyacdan qanını satmağa başlayır.

Bütün bunlara baxmayaraq, Simanın anasının durumu pisləşməyə doğru gedirdi. Nəhayət, anası rəhmətə gedir. Qızcığazın həyatı daha da alt-üst olur. O, bir çörək zavoduna işə düzəlir, amma burada da bəxti gətirmir. Günlərin birində zavodun sahibi gənc qıza təcavüz edir. Sima bu hadisəni hər kəsdən gizlədir. Rayonda yaşaya bilməyəcəyini anlayır və Bakıya gəlir.

Qonşulardan borc götürən Sima kirayə ev tutur və iş axtarmağa başlayır, amma kimsə onu işlə təmin etmir. Bu arada onun pulu bitir. Ev sahibi onun evdən çıxmağını tələb edir. Elə hər şey də bundan sonra başlayır. Sima uzaq qohumlarını tapır, onların evində yaşamağa qərar verir. Amma qohum evindəki mənzərə onu daha da dəhşətə gətirir. Qızların içki içməsi, siqaret çəkməsi. Onu daha rahat həyata sövq edən qohumlara nə qədər etiraz etsə də işsizlikdən, pulsuzluqdan onlarla razılaşmağa qərar verir Sima.

Beləliklə o, pul müqabilində kişilərlə görüşməyə başlayır. Sima əvvə-əvvəl şikayət etsə də pulun çoxluğunu, rahat qazanc əldə etdiyini gördükdə bu işi davam etdirir. Daha sonra Sima klublara getdiyindən, işini orada davam etdirdiyindən danışır, hətta bir gündə 10-15 insanla görüşdüyünü deyir.

Sima heç vaxt ailə həyatı qurmayıb. Əslində bunu artıq istəmədiyini deyir. O, özünü bu ailə həyatına layiq bilmədiyini qeyd edir. O, çox peşmandı. Sima bütün bunların baş verməsinin səbəbini sahibsiz olmağında, iş tapa bilməməsində görür. Sima yalnız ölümdən qorxur. Öldükdən sonra onu yiyəsizlər qəbiristanlığında dəfn edəcəklərindən qorxur.

Sima haqqında daha ətraflı BAKU.TV-nin xüsusi buraxılışında baxa biləcəksiniz.

Son xəbərlər