İnam Kərimovdan yeni təyinatlar

İnam Kərimovdan yeni təyinatlar
Siyasət 606
Kənd Təsərrüfatı Nazirliyində iki yeni təyinat olub. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Nazir İnam Kərimovun imzaladığı əmrə əsasən, Etibar Muradlı Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib. Şamaxı DAİM-in yeni direktoru Çex Respublikasının Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi planlaşdırılması fakultəsində kənd təsərrüfatının menecmenti ixtisası üzrə təhsil alıb. O, yeni təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində və “Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də çalışıb. Nazir İnam Kərimovun digər əmri ilə Elşən Cəbrayılov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.Xatırladaq ki, Kürdəmir DAİM-in əvvəlki direktoru Mətləb Kərimov işdə yol verdiyi nöqsanlara, nazirliyin fermerlərə yaxınlıq prinsipini kobud şəklildə pozduğuna görə bir müddət əvvəl işdən azad edilmişdi.

Oxşar xəbərlər

Kənd təsərrüfatı nazirinin müavinlərindən biri dəyişib

Kənd təsərrüfatı nazirinin müavinlərindən biri dəyişib

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vəzifəsindən azad edilib.BAKU.WS report-a istinadən xəbər verir ki, onun yerinə Elçin Zeynalov...

587 Sosial 11:12 10 oktyabr 2019

Son xəbərlər