Nadejda Kokotoviç: “Avropanın Azərbaycandan qaz tədarükünə böyük ümidləri var”
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropanın təkcə indi yox, həm də növbəti onilliklər üçün Azərbaycandan qaz tədarükünə böyük ümidləri var”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlmiş Brüssel Enerji Klubunun direktoru Nadejda Kokotoviç deyib.
Onun sözlərinə görə, bu beynəlxalq konfrans Azərbaycanın Avrasiya regionundakı rolunu, onun digər ölkələrlə əlaqələrini müzakirə etmək üçün unikal imkandır.
“Prezident İlham Əliyevin suallarımıza cavablarını dinləmək inanılmaz dərəcədə maraqlı oldu. Suallar təkcə qaz təchizatı ilə bağlı deyildi, həm də Azərbaycanın həyata keçirdiyi digər strateji layihələrlə bağlı idi”, - o bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...