Muxtar Babayev Qırğızıstan səfiri ilə COP29-un nəticələrini müzakirə edib
Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
BAKU.WS xəbər verir ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri müzakirə edilib.
Eyni zamanda, COP29 Prezidentliyi qismində növbəti bir il ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər, qlobal və regional təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Qüdsi Osmanov Rumıniyanın Timişoara şəhərində bir sıra görüşlər keçirib
Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiyada olan Rumıniya Xilaskarlar Birliyi Partiyasının (USR) sədri Dominik Frits i...