Mustafa Şentopun ortaq türk ordusu ilə bağlı suala cavabı təhrif olunub, yayılan iddialar həqiqətə uyğun gəlmir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Bakı ilə Ankara arasında ortaq türk ordusunun yaradılması haqda danışması barədə səsləndirilən iddialar həqiqətə uyğun gəlmir.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, iyulun 28-də Bakıda keçirilən mətbuat konfransında Şentop "Türkiyə ilə Azərbaycan ortaq bir türk ordusu yarada bilərmi?" sualını cavablandırarkən deyib: "Türkiyə və Azərbaycan arasında bir çox anlaşmalar edirik. Bunlar arasında hərbi müdafiə sənayesi sahəsində edilən razılaşmalar da var. Anlaşmalar çərçivəsində iki ölkənin ortaq təhsil çalışmaları da daxil olmaqla, bir çox başqa anlaşmlar da var. Lakin bizim əsas devizimiz mərhum Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlət şüarıdır".
Parlamentin sədri ortaq türk ordusunun yaradılması ehtimalı barədə fikir səsləndirməyib.
Oxşar xəbərlər
Mustafa Şentop sabah Azərbaycana səfər edəcək
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək. BAKU.WS APA-ya istinadən xəbər verir ki, M. Şentop Azərbaycan, Pakis...