Mustafa Şentop: "Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu artıb"

Mustafa Şentop: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu artıb
Siyasət 24

"Azərbaycan soyuq müharibədən sonrakı dönəmdə çox uğurlu siyasət həyata keçirib".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzu artıb.

M.Şentop Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə də uğurla sədrlik edəcəyinə əmin olduğunu vurğulayıb.

Son xəbərlər