Müsəlman Alimləri Beynəlxalq Birliyi Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə çağırıb

Müsəlman Alimləri Beynəlxalq Birliyi Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə çağırıb
Siyasət 683

Qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi Ermənistanın təcavüzkar əməllərini qınayan və onu işğal etdiyi ərazilərdən çəkilməyə çağıran bəyanat qəbul edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bəyanatda təşkilat erməni işğalı və təcavüzünü qınayaraq, zülm və işğalın məhvə məhkum olduğunu bildirib.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu və heç vaxt Ermənistana tabe olmadığı qeyd olunub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməyə çağırdığı qeyd edilib.

BMT, həmçinin, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və s. beynəlxalq təsisatların oxşar qərarlarına, eləcə də beynəlxalq hüquqa əsasən, Ermənistanın işğalçı dövlət statusunda olduğu vurğulanıb.

Təşkilat Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu istiqamətdə danışıqlara başlamağa çağırıb.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24060 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər