Murat Yıldırım Kann Film Festivalında böyük maraqla qarşılandı - FOTO
Türkiyəli aktyor Murat Yıldırım Fransada 77-ci dəfə təşkil edilən Kann Film Festivalına qatılıb.
BAKU.WS xəbər verir ki, o, festivalda fanat ordusu ilə qarşılaşıb.
Pərəstişkarları aktyordan avtoqraf alıb, selfi çəkdiriblər.
Həyat yoldaşı Iman Elbani ilə "Qırmızı xalı"da yeriyən aktyor fotoqraflara çoxlu pozlar verib. Daha sonra Murat Kann Film Festivalı çərçivəsində təşkil edilən "Vanity Fair" qonaqlığında iştirak edib.
Aktyor xüsusi kolleksiyadan olan və onun üçün hazırlanan şık kostyum geyinib.
"Vanity Fair"də Murat Yıldırımla yanaşı onun 17 il əvvəl "Asi" serialına çəkildiyi Tuğba Büyüküstün də yer alıb.
Oxşar xəbərlər
"Asi"nin aktyorları 17 il sonra - FOTO
Bir zamanlar Türkiyənin reytinqli layihələrindən olan "Asi" serialının baş rol ifaçıları illər sonra bir araya gəliblər. BAKU.WS xəbər verir ki, ekran işinin ə...