Mülki ermənilərin “Laçın” SBM-dən keçidinə növbəti dəfə şərait yaradılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bununla bağlı avqustun 8-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxladığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Oxşar xəbərlər
BQXK-nın Qarabağda “humanitar” fəaliyyəti onun nüfuzuna ciddi zərbə vurdu - “Kaspi”nin TƏHLİLİ
Rəsmi Bakının Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı fəaliyyəti ilə bağlı narazılığı artır. Əsas tələb budur ki, təşkilat Azərbaycanın dövlət sərhədləri...