Müğənninin konsertinə görə şəhərdəki evsizlər başqa yerlərə göndəriləcəklər - FOTO
Musiqi karyerası boyunca bir çox uğura imza atan müğənni Teylor Sviftlə bağlı yeni xəbərlər yayılıb.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, yaxın günlərdə ifaçının Şotlandiyanın Edinburq şəhərində 3 gün konserti baş tutacaq.
Bu məqsədlə də şəhərdəki bütün evsiz sakinlər şəhər kənarına göndəriləcəklər. Buna səbəb konsertə görə Edinburqa gələn turistlərin rahat yerləşməsidir.
"Shelter Scotland" adlı xeyriyyə qurumu bir çox evsiz insanın artıq taksilərlə şəhər kənarına göndərildiyini və onlara qalmaq üçün evlər tutulduğunu bildirib.
O cümlədən qurum bunu "Evsizlərə qarşı açıq ədalətsizlik" adlanıdırıb.
Teylor 7-9 iyun tarixlərində Edinburqda "Murrayfield" stadionunda sevənləri qarşısına çıxacaq.
Oxşar xəbərlər
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
Məşhur müğənni Teylor Svift yeni uğura imza atıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bir neçə gün əvvəl "The Tortured Poets Department" adl...