Müğənni sevgilisini oteldə döydü - VİDEO
ABŞ-li müğənni Şon Kombsun (Didi) sevgilisi Kessini otel dəhlizində döydüyü görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, yarıçılpaq halda qaçan sənətçi sevgilisini dəhlizdə tutub yerə çırpıb.
Daha sonra qadını təpiklə vurub və onu sürüyərək otağa aparıb.
Sözügedən video 2016-cı ildə otellərdən birində lentə alınıb.
Kessi Kombs ona təcavüz edib, döydüyü üçün onu ötən il məhkəməyə vermişdi. Lakin hər iki tərəf pul müqabilində razılığa gəlmişdi.
Müğənni görüntüləri yayımlamasın deyə qaldığı otelə 50 000 dollar ödəmişdi. Lakin ortaya çıxan bu video ilə Kombsun adı yenidən şiddət və zorakılıqda hallanmağa başlayıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...