Müdafiə Nazirliyindən Sosial şəbəkə istifadəçilərinə çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
"Sosial şəbəkə istifadəçilərini yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinindən məlumat verilib.
Bildirilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar:
"Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".
Oxşar xəbərlər
Hərbi vəziyyət rejimində hansı məhdudiyyətlər tətbiq olunur?
Azərbaycanın hərbi vəziyyət rejimi elan edilib. BAKU.WS xəbər verir ki, qanunvericilikdə hərbi vəziyyət dövründə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərd...