Müdafiə Nazirliyi: "Qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərində yeni təxribatlara hazırlaşır"
Yeniliklərdən dərhal xəbərdar olun
Qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərində yeni təxribatlara hazırlaşır.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Vurğulanır ki, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.
"Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur. Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycan MN: "Qanunsuz erməni silahlıları ərazidə səngərlər qazır, minalar basdırır"
Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qü...