Müdafiə Nazirliyi: "Ermənistan tərəfinin yaydığı məlumat tamamilə yalandır"

Müdafiə Nazirliyi: Ermənistan tərəfinin yaydığı məlumat tamamilə yalandır
Siyasət 50

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir".

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

Son xəbərlər