Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.
General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...