Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.
BAKU.WS xəbər verir ki, Müdafiə naziri bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb.
General-polkovnik Z.Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...