Müctəba Xameneyinin hakimiyyətində İran inkişaf edəcək, yoxsa böhran dərinləşəcək?
"Azad İran" "YouTube" kanalı Ayətullah Əli Xameneyinin ölümündən sonra ölkənin yeni ali rəhbəri seçilən Müctəba Xameneyinin İranı hansı istiqamətə aparacağı ilə bağlı sujet hazırlayıb.
BAKU.WS xəbər verir ki, sujetdə qeyd olunur ki, ABŞ və İsrailin İrana hücumu nəticəsində Ayətullah Əli Xameneyinin həlak olmasından 10 gün sonra onun oğlu Müctəba Xameneyi ölkənin üçüncü ali rəhbəri seçilib. Gün ərzində İnqilab Keşikçiləri Korpusu, Ordu, Kəşfiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumları, həmçinin tanınmış dini və siyasi fiqurlar yeni rəhbərə beyət etdiklərini bildiriblər.
Məlumata görə, paytaxt Tehranda və digər şəhərlərdə insanlar məscidlərdə və meydanlarda toplaşaraq yeni rəhbərin seçilməsini alqışlayıblar.
Süjetdə bildirilir ki, mitinqlərdə əvvəlki "Allahu əkbər, Xameneyi rəhbər" şüarı ilə yanaşı, "Tanrının əli əyan oldu, Xameneyi cavan oldu" şüarı da səsləndirilib. Bu şüarın hakimiyyətdə varisliyə işarə etməklə yanaşı, cəmiyyətdə yeniləşmə və dəyişiklik gözləntilərini ifadə etdiyi qeyd olunur.
Eyni zamanda, İranın tanınmış siyasi fiqurlarından biri Əli Laricani "X" platformasında paylaşım edərək Müctəba Xameneyinin rəhbərliyi dövründə ölkənin inkişaf yoluna qədəm qoyacağına ümid etdiyini bildirib.
Süjetdə əsas sualın yeni rəhbərin İranı yumşalma və inkişaf istiqamətinə aparıb-aparmayacağı, yoxsa ölkədə sərtləşmə və böhranın dərinləşib-dərinləşməyəcəyi olduğu vurğulanır.
Oxşar xəbərlər
Ödənilməyən cərimə ilk növbədə məhkumun maaşından tutulacaq
Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliy...