Mübariz Mənsimov Trampla qalmaqallı görüşündən danışdı: Onları məhkəməyə verəcəm (FOTO)
Azərbaycanlı milyarder Mübariz Mənsimov ABŞ prezidenti Donald Trampla birgə fotoşoplu şəkillərinin yayılmasına münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, mövzu ilə əlaqədar "Deniz Xəbər Agentliyinə" açıqlama verən "Palmali" şirkətinin rəhbəri Mubariz Mənsimov bu cür iddiların onu üzdüyünü qeyd edib:
"Mənim Facebook-da şəxsi hesabım yoxdur. Yalnız şirkətimiz adına açılmış bir dənə rəsmi hesab var. Mənim adıma açılmış onlarla saxta hesab var. ABŞ prezidenti Trampla fotoşoplu şəkilim saxta hesablardan birində paylaşılıb. Azərbaycanda bir iki mətbuat bu xəbərləri saxta hesablardan götürüb və yayımlayıb. Daha sonra şəkillərin fotoşoplu olduğunu ifadə edərək məni tənqid ediblər. ABŞ-ın hörmətli prezidenti Donald Trampla tanışıq. Onun prezident seçilməsindən sonra 20 Yanvar 2017-ci il tarixində baş tutan mərasimdə iştirak etdik. Daha sonra Konqres Mərkəzində verilən qəbula qatıldım. Burada hörmətli prezident Trampla görüşmək imkanım oldu. Türkiyə və Azərbaycan haqqında qısa bir söhbətimiz olub. Hətta ona ABŞ-da ofis açacağımızı ifadə etdim", - deyə M.Mənsimov bildirib.
Facebook-da olan profillərlə əlaqəsi olmadığını və onların saxta olduğunu söyləyən iş adamı haqqında yalan yazan mətbu orqanları məhkəməyə verəcəyini bildirib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Trampın inaqurasiyasına qatılan azərbaycanlı xanım - Kimdir o?
Məlum olduğu kimi, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub. "Qafqazinfo”nun əldə etdiyi məlumata g...