MSK-nın sədr müavini: “İndiyə qədərki seçki prosesi qənaətbəxşdir, şikayət yoxdur"
09
fev
2020
19:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“İndiyə qədərki seçki prosesi qənaətbəxşdir. Hava şəraitinə baxmayaraq, səsvermə fəallıq şəraitində davam edir".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, bu seçki qızğın mübarizənin getdiyi seçki kimi Azərbaycan tarixində qalacaq.
R.Qasımov bildirib ki, indiyə qədər MSK-ya şikayət xarakterli məlumat daxil olmayıb: "Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə indiyə qədər 50-dən artıq müraciət daxil olub. Bütün müraciətlər sorğu xarakterlidir".
Oxşar xəbərlər
Qeydiyyat yerini dəyişən seçicilərin nəzərinə! - Müddət sabah başa çatır
Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi m...