MSK daha bir deputatlığa namizədin şikayətini təmin etmədi

MSK daha bir deputatlığa namizədin şikayətini təmin etmədi
Siyasət 41

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkidə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Rəşad Dadaşovun şikayətinə baxılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Bəxşeyş Əsgərovun təqdimatına əsasən, şikayətçi seçkinin nəticəsinin ləğv edilməsini tələb edib, lakin onun müraciəti təmin edilməyib. Dairə seçki komissiyası qərarını onunla əsaslandırıb ki, şikayətçinin iddia etdiyi qanun pozuntuları təsdiqini tapmadığı, yəni seçicilərin iradəsinə zidd halların olduğu müəyyən edilmədiyi üçün şikayət təmin edilməyib. Qərar dərc edildiyi gündən qüvvəyə minib.

Qeyd edək ki, bugünkü iclasda deputatlığa namizəd Qələndər Muxtarlının şikayəti də təmin edilməyib.

Son xəbərlər