Mövlud Çavuşoğlu koronavirusa yoluxdu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi tviter hesabında yazıb:
“COVID-19 testimin nəticəsi pozitiv oldu. Xəstəliyi yüngül keçirirəm. İşlərimi bir müddət evdən davam etdirəcəyəm. Allah bütün xəstələrə şəfa versin”.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.
Nazir Ceyhun Bayramov həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
