Mövlud Çavuşoğlu ilə Sergey Lavrov Qarabağ məsələsini müzakirə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Rusiyaya işgüzar səfər edəcək.
BAKU.WS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib. O qeyd edib ki, Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, həmçinin aktual regional məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi və birgə monitorinq mərkəzinin yaradılması məsələsi müzakirə ediləcək.
Görüşlərdə həmçinin Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ukraynada və Qara dəniz hövzəsində vəziyyət nəzərdən keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...