Mövlud Çavuşoğlu: Döyüşlərin dayandırılması ilə bağlı səsləndirilən səthi tələblər fayda verməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanla əlaqələrimizin həssaslaşmasının əsas səbəbi Ermənistanın bölgədə təcavüz yolu seçməsi, eyni zamanda, konstruktiv və məsuliyyətli bir ortaq olma qabiliyyətinə malik bir siyasət aparmamasından irəli gəlir. Biz təcavüzkarla qurbanı bir-birindən ayırmalıyıq.
BAKU.WS Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin sammitində iştirakı zamanı İtaliyanın nüfuzlu “La Stampa” qəzetinə açıqlamasında bildirib.
Nazir deyib: “Döyüş əməliyyatlarının dərhal dayandırılması istiqamətində səsləndirilən səthi tələblər və davamlı atəşkəs bu dəfə fayda verməyəcək. Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu, bizim seçimimiz deyil. Təbii ki, əgər Ermənistan bölgədə sülh üçün konstruktiv və məsuliyyətli tərəfdaş olmağı seçərsə, bundan Azərbaycanın da qazanacağı çox şey olacaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...