Mövlud Çavuşoğlu: "3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq"

Mövlud Çavuşoğlu: 3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq
Siyasət 49

“Regionda vacib hadisələr baş verir”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi, xüsusilə 3+3 formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük”, - o bildirib.

Son xəbərlər