MOSSAD-ın nümayəndəsi həbs edilib

MOSSAD-ın nümayəndəsi həbs edilib
Siyasət 70

MOSSAD-ın nümayəndəsi həbs edilib.

BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Türkiyədə MOSSAD-ın pul şəbəkəsini idarə edən Liridon Rexhepi həbs edilib.

O, İstanbul Polis İdarəsinin TEM Şöbəsi tərəfindən saxlanılıb.

Rexhepi Türkiyədə İsrail Kəşfiyyat Xidmətinin göstərişi ilə pilotsuz təyyarələrlə atəş açan, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar həyata keçirən və Suriya sahəsində məlumatlar toplayan sahə personalına pul köçürürdü.

Milli Kəşfiyyat Təşkilatının işi nəticəsində Liridon Rexhepinin maliyyə hesablarında aktivlik aşkarlanıb. Rexhepinin Türkiyədəki sahə personalına Western Union vasitəsilə çoxlu pul köçürmələri etdiyi müəyyən edilib. 

O, 25 Avqust 2024-cü il tarixində Türkiyəyə daxil olduğu andan addım-addım izlənilməyə başlanmış və fəaliyyətləri qeydə alınmışdır. Bu mərhələdən sonra İstanbul Polis TEM Şöbə Müdirliyi ilə koordinasiya qurulub. Rexhepi avqustun 30-da İstanbul Polisi TEM Şöbə Müdirliyi tərəfindən saxlanılıb. Polisdəki ifadəsində pul köçürmələri etdiyini etiraf edən Liridon Rexhepi məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

Son xəbərlər