Moskvada dövlət universiteti karantinə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada Rusiya Dövlət Neft və Qaz Universitetinin binası qızılca xəstəliyinə görə karantinə alınıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, aprelin 12-dən 16-dək binada antiepidemioloji işlər aparılacaq və bu müddətdə universitetin binasında dərslər keçirilməyəcək.
Həmçinin təhsil müəssisəsinin rəhbərliyi tələbələrə müraciət edib ki, qızılcaya qarşı peyvənd olunsunlar və peyvənd haqqında şəhadətnamənin surətini universitetin şəxsi kabinetinə yükləsinlər.
Eyni zamanda Rusiya Dövlət Neft və Qaz Universitetinin Butlerov küçəsində yerləşən yataqxanası da karantinə bağlanıb. Xəstə olan və xəstələrlə təmasda olan tələbələr iki həftəlik təcrid ediliblər. Hazırda onlarla həkimlər işləyirlər.
Oxşar xəbərlər
Reyhan Camalova eyni vaxtda ABŞ və Kanada universitetlərinə qəbul olundu - SİYAHI
Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova Amerikada qeydiyyatdan keçdiyi və q...