Morqan Frimen “afroamerikalı” ifadəsinə etiraz etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzu Morqan Frimen, həm "qara tarix Ayı" anlayışını, həm də "afroamerikalı" ifadəsini eyni dərəcədə bəyənmədiyini söyləyib.
BAKU.WS "gazeta.ru"ya istinadən xəbər verir ki, onun sözlərini "Deadline" nəşri çatdırır.
"Qara Tarix Ayı təhqirdir. Mənim xalqımın tarixini bir ayla məhdudlaşdırırsınız? "Afroamerikalı" ifadəsi də eyni dərəcədə təhqirdir", - deyə aktyor bildirib.
Onun sözlərinə görə, qaradərililərin müxtəlif dövrlərdə müxtəlif titulları olub.
"İndi bu, "afroamerikalı" həqiqətən nə deməkdir? Bu o deməkdir ki, dünyanın bu hissəsindəki qaradərili insanların əksəriyyəti milli soykökü olmayan səfillərdir. Axı siz "Afrika" deyirsiniz. Halbuki bu, ölkə deyil, Avropa kimi bir qitədir", - Frimen bildirib.
Aktyor indi ekranlarda müxtəlif sosial qruplardan, eləcə də müxtəlif millətlərdən və irqlərdən olan insanların təmsil olunmasını böyük sıçrayış adlandırıb.
Oxşar xəbərlər
İranda nə baş verir? - Etirazlar şiddətlənir - VİDEO
Son günlər İranda iğtişaşlar səngimir. BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, hadisələrə ilkin səbəb 22 yaşlı Məhsa Əmininin məcburi çadra qaydaların...