Moldova hava limanında saxlanılan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA
Bakıdan Ukraynaya gedən azərbaycanlı tələbələrdən ibarət təxminən 34 nəfərlik qrup Moldova hava limanında saxlanılıb.
Bu barədə onların yaxınları BAKU.WS-in "qaynar xətti"nə müraciətdə bildirib.
Qeyd olunub ki, tələbələri heç bir əsas göstərilmədən nəzarətə alıblar və uzun müddət hava limanında gözləməyə məcbur ediblər.
Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Moldovadakı Səfirliyimiz məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib.
"Onların Universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfindən Ukraynaya buraxılmayıblar. Onlar ölkəmizə geri qaytarılacaq".
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb
Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Bu barədə BAKU.WS-ə Müdafiə...