“Möcüzənin adı Ayda” - Ərdoğandan 91 saat sonra xilas edilən Ayda paylaşımı - VİDEO
İzmirdə baş verən 6.6 bal gücündə zəlzələnin dağıntıları altından 91 saat sonra 4 yaşlı Ayda xəsarətsiz xilas edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayda ilə bağlı paylaşım edib:
“Möcüzənin adı Ayda... 91 saat sonra sənin o gülən gözlərinlə birlikdə hər birimizə yeni ümidlər bəxş edən Allaha şükürlər olsun. Keçmiş olsun, gözəl balam”.
Qeyd edək ki, İzmirdə baş verən zəlzələ nəticəsindən 17 bina dağılıb. Nəticədə 109 nəfər ölüb, 1026 nəfər isə yaralı tapılıb. Axtarış-xilasetmə qrupları hələ də 4 binada axtarış işini davam etdirir.
Oxşar xəbərlər
Ərdoğandan 3 yaşlı Eliflə bağlı paylaşım: “Keçmiş olsun, canım balam” - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki zəlzələdə 65 saat sonra yaralı olaraq çıxarılan 3 yaşlı Eliflə bağlı paylaşım edib. BAKU.WS Türkiyə mətbuatına...