MN Xocavənddə Ermənistana məxsus helikopter qalıqlarının görüntülərini yaydı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyi Xocavənddə aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin qalıqlarının videogörüntülərini yayıb.
BAKU.WS xəbər verir ki,dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.
Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.
Həmin videogörüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...