MM: "İmprotex Motors" MMC-lə müqavilənin məbləği 22,8 min manatdır
Son günlər bir sıra xəbər saytlarında Milli Məclislə "İmprotex Motors" MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılıb.
Məlumatlarda müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib ki, bununla bağlı məlumat həqiqəti əks etdirmir.
"Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən "İmprotex Motors" MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir", - MM-dən bildirilib.
Oxşar xəbərlər
Prezidentin səfəri Naxçıvanın ölkə inkişafında mühüm yer tutacağına işarədir
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlər bölgənin qarşıdakı dövrdə də Azərbaycanın iqtisadi və regional inkişafında mühüm yer tut...