Mirzoyan: Ermənistan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Ermənistan Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstanla əməkdaşlığın ardıcıl inkişafına böyük əhəmiyyət verir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə görüşündə bəyan edib.
Onun sözlərinə görə, Ermənistan region ölkələri ilə ümumi maraq kəsb edən bütün istiqamətlərdə qarşılıqlı əlaqəni, o cümlədən ticari-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirmək niyyətindədir.
"Mən ölkələrimizin və regionlarımızın iqtisadi inkişafının bir əsas istiqamətini xüsusi vurğulamalıyam: qarşılıqlı əlaqə. Əminəm ki, nəqliyyat və logistika infrastrukturunun daha da inkişaf etdirilməsi üçün birgə səylər regionun iqtisadi potensialının ən yaxşı şəkildə reallaşdırılmasına və regionlararası əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək", - Mirzoyan vurğulayıb.
O həmçinin əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülh gündəliyinə sadiqdir:
"Biz Qazaxıstanın bu istiqamətdəki səyləri dəstəkləməyə hazırlığını da yüksək qiymətləndiririk".
Yermek Koşerbayev isə qeyd edib ki, Ermənistan Qazaxıstanın Cənubi Qafqazda etibarlı tərəfdaşıdır.
O, Astananın müəyyən edilmiş strateji tərəfdaşlıq çərçivəsində İrəvanla əməkdaşlığı daha da inkişaf etdirməyə sadiq olduğunu bəyan edib.
Oxşar xəbərlər
Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir
Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev bu ölkənin xarici işlər naziri Roberto Velasko Alvaresin akkreditə olunmuş diplomatik korpusla görüşündə iştira...