Mirzoyan ABŞ Dövlət katibinin müavini ilə regional məsələləri müzakirə edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Brent Kristensenlə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində baş tutub.
Tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış enerji və süni intellekt sahəsində əməkdaşlığa dair ikitərəfli memorandumlarda nəzərdə tutulan sazişlərin həyata keçirilməsində fəal dinamika olduğunu qeyd ediblər.
Mirzoyan və Kristensen çoxtərəfli forumlarda regional hadisələr və əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşları ilə əməkdaşlığa sadiqdir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri XİN başçılarının görüşündə bir sıra məqamlar...