Milyonçunun arvadını qaçırdılar: Cinayətkarlar 9 milyon avro tələb edir - FOTO

Milyonçunun arvadını qaçırdılar: Cinayətkarlar 9 milyon avro tələb edir - FOTO
Siyasət 1072
Norveçin ən zəngin insanlarından olan milyonçu Tom Hagenin həyat yoldaşı oğurlanıb.BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, milyonçunun 68 yaşlı arvadı Anna Yelizabet Falkevik Hagen ötən ilin 31 noyabr tarixində yaşadığı evdən qaçırılıb. Qadının axtarışına nəinki polis, həmçinin kriminal polis, Avropol və İnterpol qoşulsa da 3 aydır heç bir məlumat əldə edilməyib. Cinayətkarlar yalnız bu günlərdən qadını geri qaytarmaq üçün milyonçudan 9 milyon avro dəyərində kriptovalyuta tələb ediblər və işə polis qarışarsa girovu öldürəcəkləri ilə hədələyiblər.Buna baxmayaraq T.Hagen polisi məlumatlandırıb. Polis ailəyə tələbi yerinə yetirməməsini məsləhət görüb. Qeyd edək ki, Tom Hagen Norveçin ən zəngin insanları siyahısında 172-ci sıradadır. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda futbolçuların orta illik əmək haqqı açıqlanıb - SİYAHI

Azərbaycanda futbolçuların orta illik əmək haqqı açıqlanıb - SİYAHI

Azərbaycan Premyer Liqasında futbolçuların orta illik əmək haqqının məbləği açıqlanıb.“Report” xəbər verir ki, “Sporting Intelligence”nin hesablamalarına əsasən...

2917 İdman 10:54 27 noyabr 2018

Son xəbərlər