Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib - FOTO

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib - FOTO
Foto
Siyasət 42

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin təbriki akademik kursun dinləyicilərinə çatdırılıb.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra məzunlara diplom və döş nişanları təqdim olunub, yaş kötüyünə xatirə lövhəsi vurulub.Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər