"Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi

Milli Məkan Məlumatları informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
Siyasət 63

Prezident İlham Əliyev "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

BAKU.WS President.az-a istinadən xəbər ki, fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, "Milli Məkan Məlumatları" informasiya sisteminin "Hökumət buludu"nda yerləşdirilməsini təmin etmək tapşırılıb.

RİNN və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək həvalə olunub.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Həmçinin, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2605 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş "Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları"nın 3.8-ci, 3.9-cu bəndləri və 6-cı hissəsi ləğv edilir.

"Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə ilə bu linkdən tanış olmaq mümkündür.

Son xəbərlər