Milli Məclisin sədri Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sədri Sahibə Qafarova Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
“Sizləri ürəkdən təbrik edir, sizlərə sağlamlıq, bol ruzi-bərəkət, sevinc dolu xoşbəxt ömür arzulayıram. Novruz təbiətin canlanması, yenilənməsi rəmzidir. Arzu edirəm bu bayram sizlərin ocağına bərəkət, sevinc və əmin-amanlıq gətirsin.
Bu bayramı ərazi bütövlüyümüzü bərpa etmiş bir xalq kimi qeyd edirik. Allah Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə və doğmalarına səbir ehsan eləsin, yaralılarımıza və qazilərimizə şəfa nəsib eləsin!”
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...