Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclis İranın İslam Şurası Məclisinin (İran parlamenti) İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat hazırlayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib.
O bildirib ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib:
"Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur".
Oxşar xəbərlər
Sahibə Qafarova Tacikistan Prezidenti ilə görüşüb - FOTO
Sentyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla görüşüb. Milli Məclisdən BAKU.WS-ə bildir...