Milli Məclis qanunu dəyişdi - dövlət rüsumu artırıldı - 30 AZN

30
sen
2019
14:38
Milli Məclisin bu gün keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.BAKU.WS “Report”a istinadla xəbər verir ki, iclasda bildirilib ki, rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilir. Hazırda bu rüsum 20 manatdır.Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Avtomobillərin texniki baxış rüsumu ilə bağlı yeni TƏKLİF
Azərbaycan nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prsoesində Gürcüstan təcrübəsindən faydalana bilər.BAKU.WS-in xəbərinə görə, rəsmi Tiflis texnik...
