Mikroavtobus suvarma kanalına aşdı: 6 qaçaq miqrant öldü - VİDEO

Mikroavtobus suvarma kanalına aşdı: 6 qaçaq miqrant öldü - VİDEO
Video
Siyasət 114

Türkiyədə qaçaq miqrantları daşıyan mikroavtobus suvarma kanalına aşıb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, hadisə Şanlıurfa şəhərində baş verib.

Məlumata görə, hadisə nəticəsində 6 qaçaq miqrant həyatını itirib.

Açıqlamada qəza nəticəsində 5 nəfərin yaralandığı, ümumilikdə isə 25 nəfərin sağ-salamat xilas edildiyi bildirilib.

Şanlıurfa valisi Salih Ayhanın sözlərinə görə, mikroavtobusda 31 qanunsuz miqrant olub.

Son xəbərlər