Mikayıl Cabbarov Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə öz "X" hesabında paylaşım edib:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz antiterror tədbirləri nəticəsində Xocalı rayonunu da separatçılardan tamamilə azad etdi və soyqırımı qurbanlarının qanı yerdə qalmadı. Üçrəngli bayrağımızın qürurla dalğalandığı Xocalıda mühüm quruculuq-bərpa işləri aparılır, firavan gələcəyin və iqtisadi tərəqqinin bünövrəsi qoyulur. Xocalı sakinləri doğma yurdlarına qayıdırlar. Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik", - deyə nazir qeyd edib.
Bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdən olan #Xocalı Soyqırımının 33-cü ildönümüdür. Xalqımıza qarşı törədilmiş bu kütləvi qırğın heç vaxt unudulmayacaq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 26, 2025
Müzəffər Ali Baş Komandan İlham Əliyevin (@azpresident) rəhbərliyi ilə rəşadətli Ordumuz antiterror… pic.twitter.com/Bd7gwsEY5s
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...