"Meydan TV" əməkdaşından sərsəm İDDİA: 100 min erməni ekoaksiyalar zamanı blokadada qalmışdı
"Meydan TV"nin əməkdaşı sərsəm və bir o qədər də ağlasığmaz iddia ilə çıxış edib.
Belə ki, kanalın əməkdaşı Orxan Məmməd "Deutsche Welle"yə müsahibəsi zamanı 2022-ci ilin sonlarında Şuşa-Xankəndi yolunda keçirilən ekoaksiya zamanı guya ermənilərin "blokada" da saxlandığını deyib:
"Mən Orxan Məmməd 10 ildir ki, "Meydan TV"də çalışıram. 2022-ci ildə il azərbaycanpərəst ekofəallar "Dağlıq Qarabağ"da etirak aksiyası keçirdilər. Əslində isə onlar Qarabağı Ermənistanla birləşdirən yeganı yolu bağladılar. Bağladılar ki, oradan nə maşınlar keçə bilsin, nə də ərzaq daşına bilsin. 100 min erməninin dünya ilə əlaqəsi ekoloji mövzu bəhanəsi ilə kəsildi. O zaman Azərbaycan mahiyyətcə müharibə başlatmışdı. Günlər bir günü də onlar erməniləri tamamilə qovdular. Bu hökumətyönümlü aktivistlərin keçirdiləri ekologi aksiya fonunda baş verdi".
Daha ətraflı vidematerialda:
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
İyunun 15-də ABŞ-nin Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycanın namizədi BMT...