Mətyu Brayzə: Ermənistan hökumətinin mövqeyi danışıqlar aparmağa imkan vermir
09
sen
2019
20:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan hökumətinin mövqeyi məzmunlu danışıqlar aparmağa imkan vermir. Bu mövqe Azərbaycan üçün tamamilə qəbuledilməzdir.Bu sözləri AZƏRTAC-a açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Mətyu Brayzə söyləyib.Siyasətçi Ermənistanın baş naziri Nikol Paşinyanın qəribə bəyanatlar verdiyini bildirib: “Onun bəyanatları bir-birinə ziddir. Gah deyir Dağlıq Qarabağ müstəqildir, gah da deyir Ermənistanın bir hissəsidir. Mən vasitəçi olsaydım buna açıq şəkildə etiraz edib istefa verərdim. Bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, ədalətli deyil”.
Oxşar xəbərlər
XİN Zöhrab Mnatsakanyanın açıqlamasına münasibət bildirib
Bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, bu ölkənin Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi nədir sualını şərh edərək Baş nazi...