Metroda evlilik təklifi edən rusiyalı həbs edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada gənc oğlan sevgilisinə metroda evlilik təklifi etdiyi üçün həbs edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, noyabrın 7-də metronun VDNKh stansiyasında sevgilisindən onunla evlənməsini istəyib.
Sevgilisi ilə birlikdə metroya enib, stol və stullar düzərək, yemək və sərinləşdirici içki çıxardıb.
Daha sonra diz çökərək evlilik təklifi etdi.
Moskva sakini bütün bunları videoya çəkib və sonradan internetdə yerləşdirib.
Onun sözlərinə görə, ertəsi gün polis onu və nişanlısını iş yerinə gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cütlükdən izahat alaraq axşam saatlarında stansiyaya gəlmələrini istəyiblər, amma nə gənc, nə də sevgilisi buna əməl edib.
Təklifdən bir gün sonra kişi və sevgilisi saxlanılıb. Onlar xırda xuliqanlıq maddəsi ilə ittiham olunublar.
O, beş sutka həbs edilib, nişanlısı isə min rubl cərimə ödəməli olub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...