Məşhur tanışlıq proqramlarında gizliliklə bağlı boşluqlar tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Tanışlıq tətbiqləri hazırda daha təhlükəsiz hala gətirilsə də, gizliliklə bağlı müəyyən boşluqlar hələ də qalır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, “Kaspersky Lab” kiber təhlükəsizlik şirkəti “Tinder”, “Bumble”, “OkCupid”, “Mamba”, “Pure”, “Feeld”, “Her”, “Happn”, “Badoo” tanışlıq tətbiqlərinin təhlükəsizlik dərəcəsini araşdırıb.
Belə ki, həmin 9 tətbiqin 4-də 2017-ci ildə göndərilən məlumatları açıb oxumaq mümkün olduğu üçün istifadəçilərin çoxu şifrəsiz HTTP işlədirdisə, hazırda heç bir tətbiqdə HTTP işlədilmir. Eyni zamanda bir çox tətbiqlərdə akaunt sosial şəbəkədəki profillə əlaqələndirilə bilir.
Həmçinin “Happn”, “Her”, “Bumble”, “Tinder” istifadəçiləri öz yerini göstərməlidir. “Mamba”da istifadəçinin yeri 1 metrədək dəqiqliklə göstərilir. Bu cür şəxsi məlumatların istifadəçiyə qarşı internetdə addımlar atmaq, ondan xəbərsiz şəxsi məlumatlar yaymaq üçün istifadə olunacağı bildirilir.
Oxşar xəbərlər
Mark Sukerberqin telefon nömrəsi internetdə yayılıb
Feysbuk şirkətinin banisi Mark Sukerberqin telefon nömrəsi, şəxsi məlumatları və sosial şəbəkənin daha 533 milyon istifadəçisinin şəxsi məlumatları sosial şəbək...