Məşhur reper 72 saatdan sonra burnu belə qanamadan dağıntılar altından çıxarıldı - VİDEO

Türkiyəli reper "Knock Out" (Hikmət Ağca) 72 saat sonra Hatayda dağıntılar altından xilas edilib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, musiqiçi xilas edildikdən sonra sosial şəbəkədə video paylaşaraq başına gələnləri danışıb.
Hatayda yaşayan reperin xilas olduqdan sonrakı sözləri hər kəsi təsirləndirib.
"Əziz dostlar, telefonu indicə əlimə aldım. Bura olduqca bərbad vəziyyətdədir. Mən şanslı olanlardan biriyəm. 72 saat studiyanın altındakı zirzəmidə iki-üç metrlik divarın altında qaldım; amma AFAD heyətindən Allah razı olsun, onlar məni çıxartdılar. Təbii ki, burada dualarınızın inanılmaz təsiri oldu. Çox adam zəng vurub, yazıb. Allah hamınızdan razı olsun. Gördüyünüz kimi, yaxşıyam. Heç burnum da qanamayıb. Səsim bir az tutulub”, - deyə "Knock Out" bildirib.
Oxşar xəbərlər
Hatayda dağıntılar altından 1 yaşlı uşaq sağ çıxarıldı - FOTO/VİDEO
Türkiyədə dağıntılar altında qalanların xilas edilmə prosesi davam edir. BAKU.WS xəbər verir ki, Hatayda dağıntılar altında qalan 1 yaşlı qızcığaz xilas edilib....
