Məşhur müğənninin həyat yoldaşı intihar etdi

Məşhur müğənninin həyat yoldaşı intihar etdi
Siyasət 504

Müğənni Natalinin (Natalya Rudina) əri, prodüser Aleksandr Rudin intihar edib.

BAKU.WS xəbər verir ki, məlumatı "Mash" teleqram kanalı yayıb.

53 yaşlı kişinin cəsədi Belomorskaya küçəsindəki evlərin birinin girişində tapılıb.

Natali müsahibəsində məlumatı təsdiq edib.

Son iki il ərzində Aleksandr koronavirus fəsadları səbəbindən depressiyadan əziyyət çəkirdi. Ölümündən bir müddət əvvəl atasının ölümü ilə əlaqədar prodüserin vəziyyəti pisləşib.

İlkin məlumata görə, intihara məhz bu səbəb olub.

Xatırladaq ki, Aleksandr və Natali 1991-ci ildə evləniblər. Onların üç oğul övladı var.

Son xəbərlər