Məşhur küçə rəssamının çəkdiyi əsəri iki saat keçmədən oğurladılar - FOTO
Məşhur küçə rəssamı Benksinin əsəri oğurlanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, son zamanlar Ukraynanın Borodyanka şəhərindəki rəsmləri ilə gündəm olan gizli küçə rəssamı bu dəfə Londondakı bir küçədə "Stop" lövhəsi üzərinə "pilotsuz təyyarələr" çəkib.
"Reuters"in yaydığı məlumata əsasən, rəsm əsəri iki saat keçmədən oğurlanıb.
Küçəyə gələn iki naməlum şəxsin Benksinin əsərini aparmağa çalışdığı bildirilib.
Xatırladaq ki, Benski kimliyi dəqiq məlum olmayan ingiltərəli qalmaqallı, məşhur qraffiti-rəssamdır. İsveçrəli sənətçi Maître de Casson-un Banksy ola biləcəyi barədə fərziyyələr var.
Oxşar xəbərlər
Munkun məşhur “Qışqırığ”ını eşidəcəyiniz muzeydən REPORTAJ - FOTO
Osloda tarixi ictimai yerlər çoxluq təşkil etməsə də, şəhər muzeylər və mədəni tədbirlərin təşkil edildiyi məkanlarla zəngindir. Buradakı muzeylərdə Norveç mifo...